İcra Hakimiyyəti
İnzibati icraat haqqında
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların
SIYAHISI
- Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması xidməti
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- Sağlamlıq haqqında arayış
- Qohumluq əlaqəsini təsdiq edən sənədlər
- Uşağın faktiki yaşayış yeri haqqında arayış
- Fiziki şəxsin üzərində patronaj təyin edilməsi xidməti
Tələb olunan sənədlər:
- Patronajda olmaq istəyən fiziki şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
- Fiziki şəxsin sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığını təsdiq edən sənədlər
- Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronun şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
- Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronun sağlamlığı haqqında arayış
- Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı xidməti
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən elektron əldə edilir).
- Fərdi yaşayış evinin memarlıq-planlaşdırma həlli layihəsi (layihə lisenziya əsasında fəaliyyət göstərən hüquqi və ya fiziki şəxs tərəfindən tərtib edilməlidir).
- Torpaq sahəsinin planı və ölçüsü.
- Torpaq sahəsi üzərində hüquqları müəyyənləşdirən sənədlər (çıxarış EHİS-dən elektron əldə edilir).
- On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi xidməti
Tələb olunan sənədlər:
- Himayəçi təyin olunmaq istəyən şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
- Himayəçi təyin olunmaq istəyən şəxsin yaşayış yeri barədə arayışı;
- Himayəçi təyin olunmaq istəyən şəxsin sağlamlığı barədə arayış;
- Himayəçi təyin olunmaq istəyən şəxsin iş yerindən arayış (əmək haqqı göstərilməklə) (EHİS-dən elektron əldə edilir) və xasiyyətnamə (işləyirsə)
- Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmənin qətnaməsinin surəti
- Himayəyə götürülən şəxsin valideynlərinin valideynlik hüququndan məhrum edilməsi barədə qətnamənin surəti
- Himayəyə götürülənin doğum haqqında şəhadətnaməsinin surəti
- Himayəyə götürülən şəxsin valideynlərinin ölüm haqqında şəhadətnamənin surəti
- Üzərində himayəçi təyin olumalı şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
- Üzərində himayəçi təyin olumalı şəxsin yaşayış yeri barədə arayış;
- On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi xidməti
Tələb olunan sənədlər:
- Qəyyum təyin olumaq istəyən şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
- Qəyyum təyin olumaq istəyən şəxsin yaşayış yeri barədə arayışı;
- Qəyyum təyin olumaq istəyən şəxsin sağlamlığı barədə arayış;
- Üzərində qəyyum təyin olumalı şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmənin qətnaməsi;
- Üzərində qəyyum təyin olumalı şəxsin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
- Üzərində qəyyum təyin olumalı şəxsin yaşayış yeri barədə arayış;
- Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi xidməti
Tələb olunan sənədlər:
- Qəyyumun və ya himayəçinin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
- Qəyyum və ya himayəçinin qəyyum və ya himayəçi təyin olunmasını təsdiq edən sənəd
- Qəyyum və ya himayədə olanın şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir)
- Qəyyum və ya himayədə olanın doğum haqqında şəhadətnamə
- Qəyyumluqda və ya himayədə olanın bütün əmlaklarının sənədləri
- Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən elektron əldə edilir).
- Məlumatlandırma icraatı qaydasında tikintisinə rəy bildirilmiş fərdi yaşayış evinin layihəsi.
- Torpaq sahəsinin planı və ölçüsü.
- Torpaq sahəsi üzərində hüquqları müəyyənləşdirən sənədlər.
- Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi xidməti
Tələb olunan sənədlər:
- Uşağın doğum haqqında şəhadətnaməsi;
- Nikah haqqında şəhadətnamə;
- Valideynlərin şəxsiyyət vəsiqələri (EHİS-dən elektron əldə edilir);
- Yaşayış yerindən arayış (uşağın adı qeyd edilməklə);
- Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi
Tələb olunan sənədlər:
- Aidiyyəti şəxslərin (qurumların) rəsmi müraciəti (elektron formada)
- Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi xidməti
Tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənəd (EHİS-dən elektron əldə edilir)
- Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması xidməti
Tələb olunan sənədlər:
- Şəhid ailələri və əlilliyi olan şəxslər üçün:
- İmtiyazlı (şəhid ailəsi, müharibə əlilləri, Çernobıl əlilləri, gözdən əlilər və internat məzunları) olması barədə müvafiq sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti; Ünvan: şəhid ailəsi-vəsiqənin surəti; əlillər-TSEK-nın rəyi;
- Özünün (və ailə üzvlərinin) şəxsiyyə vəsiqəsinin (yetkinlik yaşına çatmayanların doğum haqqında şəhadətnaməsinin) notarial qaydada təsdiq olunmuş surəti (EHİS-dən elektron əldə edilir);
- Daimi qeydiyyatda olduğu ünvan (son 5 ili Bakı şəhərində daimi qeydiyyatı olan və hal-hazırki qeydiyyatı Yasamal rayonu olan) üzrə arayış-Forma 2 (Ailə üzvləri başqa ünvanda qeydiyyatdadırlarsa, onların yaşayış yerindən arayış);
- Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; (Əgər vətəndaş 18 yaşdan yuxarıdırsa, subaylıq haqqında arayış)
- Özünün (və bütün ailə üzvlərinin) Azərbaycan Respublikası üzrə adına xüsusi mülkiyyətin olub-olmamasına dair arayış;
- Qeydiyyatda olduğu evin Çıxarışının surəti.
- Ehtiyatda olan hərbi qulluqçular üçün:
- Yasamal rayonu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən arayış;
- ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsindən ehtiyatda olan hərbi qulluqçu kimi təqaüd alması barədə arayış;
- Özünün (və ailə üzvlərinin) şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına çatmayanların doğum haqqında şəhadətnaməsinin) notarial qaydada təsdiq olunmuş surəti (EHİS-dən elektron əldə edilir);
- Daimi qeydiyyatda olduğu ünvan üzrə arayış-Forma 2 (Ailə üzvləri başqa ünvanda qeydiyyatdadırlarsa, onların yaşayış yerindən arayış);
- Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti; (Əgər vətəndaş (və ya övladları) 18 yaşdan yuxarıdırsa, subaylıq haqqında arayış)
- Özünün (və bütün ailə üzvlərinin) Azərbaycan Respublikası üzrə adına xüsusi mülkiyyətin olub-olmamasına dair arayış;
- Kirayə Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti, mənzil sahibinin şəxsiyyət vəsiqəsinin surəti, çıxarışın surəti.
- Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması xidməti
Tələb olunan sənədlər:
- Təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyət vəsiqəsi (EHİS-dən elektron əldə edilir);
- 2N-li forma arayışı;
- Qohumluq əlaqəsini təsdiq edən sənəd;
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (öz ailə üzvlərinin hər birinin adına);
- Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi xidməti
Tələb olunan sənədlər:
- Keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu)
- Keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər
- Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi xidməti
Tələb olunan sənədlər:
- Forma 2;
- Orderin notarial qaydada təsdiqlənmiş surəti;
- Mənzildə paport qeydiyyatında olan 18 yaşdan yuxarı olan şəxslərin şəxsiyyət vəsiqələrinin, 18 yaşdan yuxarı olan şəxslərin doğum haqqında şəhadətnamələrinin surətləri;
- Ünvanda 18 yaşdan yuxarı pasport qeydiyyatında olan şəxslərin sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri.
- Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması xidməti
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan sahənin ilkin layihəsi və ya texniki pasportu.
- Yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan sahə üzərində hüquqları müəyyənləşdirən sənədlər
- Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Ərizə;
- Hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti;
- Fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin surəti, ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti;
- Götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd ;
- Yaşıllığın götürülməsinin əsaslandırılması.
- Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi xidməti
Tələb olunan sənədlər:
- Valideynlər haqqında məlumat (valideynlik hüququndan məhrum edilmə barədə qətnamə və s.)
- Yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsi;
- Valideynlərin şəxsiyyət vəsiqələri (EHİS-dən elektron əldə edilir);
- Nikah haqqında şəhadətnamə;
- Yaşayış yerindən arayış;
- Satılan əmlakın sənədləri;








