Rayon haqqında
İqtisadiyyat
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonunun ərazisi 16,22 kv.km, əhalisi 249 335 nəfərdir.
Yasamal rayonunda Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Alov” və “Azon” zavodları, "Azərsuvenir" MMC daxil olmaqla 148 müəssisə fəaliyyət göstərir.
Rayonda ümumi sayı 9153 ədəd olan müxtəlif kateqoriyalı təsərrüfat obyektləri fəaliyyət göstərir ki, bu təsərrüfat obyektlərində də 174 457 nəfər fəhlə və qulluqçu işləyir. bu müəssisələrdə orta aylıq əməkhaqqı 837,4 manat olmuşdur.
2023-cü ildə Yasamal rayonunun makroiqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur:
- sənaye məhsulunun ümumi həcmi 710,875 mln. manat.
- əsas kapitala yönəldililən investisiyalar 500,409 mln. manat.
- əsas kapitala yönəldilən ümumi investisiyadan tikinti-quraşdırma işləri 278,796 mln. manat.
- öz gücləri ilə yerinə yetirilən podrat işlərin həcmi 652,695 mln. manat.
- nəqliyyat sektorunda xidmətlərin həcmi 3679,184 mln. manat.
- informasiya və rabitə xidmətlərinin həcmi 868,353 mln. manat.
- parakəndə ticarət dövriyyəsi 2687,992 mln. manat
- əhaliyə göstərilən ödənişli xidmətlər 1410,782 mln. manat.
- bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 837 manat
2023-cü ilin yanvar ayının 1-nə olan məlumata görə Yasamal Telefon Qovşağının ümumi nömrə tutumu 340 911 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı 155 491 ədəddir.