Rayon haqqında
Vətən Müharibəsi Şəhidlərimiz
Abbasov Teymur Feyruz oğlu
25 fevral 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Pişəvəri adına humanitar gimnaziyada almışdır.Məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur.Universiteti bitirdikdən sonra Gəncədə N saylı hərbi hissədə vətənə xidmət etmişdir. Bundan sonra o, silahlı qüvvələrin təlim-tədris mərkəzində ehtiyat zabit hazırlıq kursunu bitirib leytenant rütbəsi alaraq ehtiyyata buraxılmışdır. 2020-ci ilin Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 12-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Feyruz və Siruz adında 2 övladı var.
Abbasov Teymur Feyruz oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən Uğrunda” medalı, ”Füzulinin azad olunmasına görə” medalı və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önündə xatirə lövhəsi vurulmuşdur.
Ağayev Ramil Ağarəhim oğlu
20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub. Orta təhsilini Sabirabad rayon 5 saylı məktəbdə almışdır. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb. Universiteti bitirdikdən sonra Bakıda N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci ilin Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 13-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Firuzə adında bir övladı var.
Ağayev Ramil Ağarəhim oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, Fizulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Ağayev Şahin Azər oğlu
13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 saylı orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Füzuli rayonunun Şükürbəyli kəndində N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Ağayev Şahin Azər oglu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı, Fizulinin azad olunmasına görə"medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Natiq Baxşəliyev Saleh oğlu
Natiq Baxşəliyev 1980-cı il iyulun 7-də Bakı şəhərində anadan olub. 167 saylı orta məktəbi bitirib. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 20-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Yunus adında 1 övladı var.
Natiq Baxşəliyev Saleh oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, ”Füzulinin azad olunmasına görə" medalı və "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edilmişdir
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Xəyal Balakişiyev Müseyb oğlu
1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur.O, orta təhsilini 175 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Ağdam rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.
Xəyal Balakişiyev Müseyb oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən Uğrunda” medalı, və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Cavadov Mahmud Heydər oğlu
13 aprel 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 31 saylı məktəbdə almışdır. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goranboy rayon N saylı hərbi hissədə keçmişdir.Vətən müharibəsində könüllü olaraq iştirak etmiş və 2020-ci ilin noyabr ayının 27-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Cavadov Mahmud Heydər oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı və ”Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Ələkbərov Fərid Tahir oğlu
18 iyul 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 190 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra İstanbulda kuleli askeri liseyinə qəbul olmuşdur.Gəncə şəhər N saylı hərbi hissədə vətənə xidmət etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Tahir adında 1 övladı var.
Ələkbərov Fərid Tahir oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Şuşanın azad olunması uğrunda” medalı, "İgidliyə görə"medalı və “Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Əliyev Asiman Vaqif oğlu
1 fevral 1987-ci ildə Ordubad rayonunda anadan olmuşdur. O, orta təhsilini Ordubad rayon Düylün kənd orta məktəbində almışdır. Daha sonra orta təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etmişdir. Məktəbi bitirdikdən sonra 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə ali hərbi təhsil almışdır.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 7-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Milay, Zəhra ve Vaqif adında 3 övladı var.
Əliyev Asiman Vaqif oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Əliyev Mirzəağa Məmmədbağır oğlu
15 iyun 1996-ci ildə Neftçala rayonunda anadan olmuşdur. O, orta təhsilini Neftçala rayon Xıllı kənd orta məktəbində almışdır. Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etmişdir. Ali hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində almışdır.Beyləqan rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 7-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Əliyev Mirzəağa Məmmədbağır oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı Ordeni"medalı, "Cəsur döyüşçü" medalı, "Füzulinin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Əzizli Tacəddin Şahəddin oğlu
7 avqust 1994-cü ildə Salyan rayonunda anadan olmuşdur. O, orta təhsilini 49 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Əzizli Tacəddin Şahəddin oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda"medalı, "Füzulinin azad olunması uğrunda"medalı və "Şuşanın azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Hacılı Feyruz Bəhruz oğlu
3 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olmuşdur. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 17-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Şəhid Hacılı Feyruz Bəhruz oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, "Füzulinin azad olunması uğrunda" medalı və"Xocavəndin azad olunması uğrunda"medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Həsənov Teymur Mahal oğlu
3 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 153 nömrəli tam orta məktəbdə almışdır. Goranboy rayon N saylı hərbi hissədə xidmət etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin 25 oktyabr tarixində şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Xədicə və Məmməd adında 2 övladı var.
Həsənov Teymur Mahal oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” , "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına uğrunda" medalı və "Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Hüseynzadə Həmidağa Bağı oğlu
13 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 54 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. Ağcabədi rayon "N" saylı hərbi hissədə,daha sonra Ağdamın Yusifcanlı kəndində yerləşən hərbi postda vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin sentyabr ayının 28-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Həmidə adında 1 övladı var.
Hüseynzadə Həmidağa Bağı oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Qarabağ" ordeni, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" medalı “Azərbaycan Ordusunun 100 illiyi” yubiley,"Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
İslamov Elvin Elçin oğlu
18 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 158 nömrəli tam orta məktəbdə almışdır. Xocavənd rayonun N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
İslamov Elvin Elçin oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” , "Vətən uğrunda" medalı, "Füzulinin azad olunması uğrunda" medalı, "Cəbrayılın azad olunması uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
İsrafilov Kənan Faiq oğlu
8 noyabr 1990-cı il Şəki şəhərində anadan olmuşdur. O, orta təhsilini Şəki şəhəri Şirinbulaq kənd orta məktəbində almışdır. Daha sonra təhsilini Naxçıvanski hərbi liseyində davam etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 7-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Aysu adında övladı var.
İsrafilov Kənan Faiq oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra «Rəşadət» ordeni, “Vətən uğrunda” medalı, "Suqovuşanın azad olunması uğrunda" medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
İsrəfilov Anar İsrəfil oğlu
4 yanvar 1990-cı ildə Ağdaş rayonunda anadan olmuşdur. O, orta təhsilini Ağdaş rayon M.Nəbiyev adına orta məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 26-da şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Xədicə və Amil adında 2 övladı var.
İsrəfilov Anar İsrəfil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Kərimli İsmayıl Ceyhun oğlu
10 oktyabr 1997-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 157 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Su Təsərrüfatı və MKS" ixtisası üzrə ali təhsil almışdır.Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində vətənə xıdmət etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 3-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Kərimli İsmayıl Ceyhun oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" medalı, “Hərbi xidmətlərə görə” medalı və "Şuşanın azad olunmasına uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Qasımov İsmayıl Sadiq oğlu
17 dekabr 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, orta təhsilini Sumqayıt şəhəri 14 saylı məktəbdə almışdır. Universiteti bitirdikdən sonra Şəmkir rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Cəsur adında 1 övladı var.
Qasımov İsmayıl Sadıq oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü” medalı, “Vətən Uğrunda” medalı və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Qulamlı Afiq Fərhad oğlu
24 dekabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Xırdalan şəhəri 2 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 25-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Qulamlı Afiq Fərhad oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda"medalı , "Xocavəndin azad olunması uğrunda" medalı və "Füzulinin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Quliyev Namiq Natiq oğlu
29 dekabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Z.Əliyeva adına liseydə oxumuşdur. Hərbi xidmətini Qusar rayon N saylı hərbi hissədə keçmişdir. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və noyabr ayının 5-i şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Quliyev Namiq Natiq oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı, ” Xocavəndin azad olunmasına görə” medalı və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Məhərrəmov İsa Məhərrəm oğlu
15 fevral 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 52 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 19-da şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Məhərrəmov İsa Məhərrəm oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda" medalı və "Füzulinin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur
Mikayılzadə Rəşad İlham oğlu
30 sentyabr 1995-ci ildə Lerik rayonunda anadan olmuşdur. O, orta təhsilini 240 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetində ali təhsil almışdır. Ali təhsilini bitirdikdən sonra Qazax rayon N saylı hərbi hissədə vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Mikayılzadə Rəşad İlham oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı,"Vətən uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur
Mustafayev Nurlan Ağa oğlu
8 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 14-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Mustafayev Nurlan Ağa oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ,"Xocavəndin azad olunması uğrunda" medalı, "Cəbrayılın azad olunması uğrunda" medalı və "Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur
Mustafayev Nurlan Hamlet oğlu
22 iyul 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, orta təhsilini 159 saylı məktəbdə almışdır.Daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. Ali hərbi təhsilini Almaniyada almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 11-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Nurlan adında 1 övladı var.
Mustafayev Nurlan Hamlet oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ,"Vətən uğrunda" medalı,"Füzulinin azad olunması uğrunda" medalı,"Cəbrayılın azad olunması uğrunda" medalı və"Kəlbəcərin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur
Müslümov Elşən Habil oğlu
2 sentyabr 1995-ci ildə Ağsu rayonunda anadan olmuşdur. O, orta təhsilini 286 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 13-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Elnar adında 1 övladı var.
Müslümov Elşən Habil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı və "Suqovuşanın azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Nəcəfov Yusif Nadir oğlu
14 oktyabr 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 52 saylı məktəbdə almışdır. Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 14-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Nəcəfov Yusif Nadir oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Kəlbəcərin azad olunması uğrunda" medalı və "Fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur
Nurzadə Rövşən Əli oğlu
24 mart 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Sumqayıt şəhəri 31 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Hərbi Akademiyanı və bir müddət sonra isə İqtisadiyyat Universitetini bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Ağdamda N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 8-i şəhidlik zirvəsinə ucalmışdır.
Evli idi. Kənan və Vaqif adında 2 övladı var.
Nurzadə Rövşən Əli oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı,” İgidliyə görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Ramazanlı İlqar Etibar oğlu
2 noyabr 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 159 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Ramazanlı İlqar Etibar oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunması uğrunda" medalı və "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Rəhimli Kamil Vəli oğlu
19 aprel 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 175 saylı məktəbdə almışdır. Daha sonra təhsilini Naxçıvanski HL AHM-də davam etmişdir.2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin sentyabr ayının 27-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Rəhimli Kamil Vəli oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, "Füzulinin azad olunması uğrunda" medalı və "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Rzayev Mirsəfa Mircəlil oğlu
9 fevral 1995-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. O, orta təhsilini 54 saylı məktəbdə almışdır. Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 27-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Rzayev Mirsəfa Mircəlil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ."Füzulinin azad olunması uğrunda" medalı ,"Zəngilanın azad olunması uğrunda"medalı və "Cəbrayılın azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Salahov Elvin Sabir oğlu
17 sentyabr 2001-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 38 saylı məktəbdə almışdır. Ağcabədi rayon N saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 24-də şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Salahov Elvin Sabir oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Cəsur döyüşçü" medalı ,"Vətən uğrunda" medalı, "Xocavəndin azad olunması uğrunda" medalı və "Kəlbəcərin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Tağıyev Hüseyn Oktay oğlu
8 avqust 1991-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Müşfiq adına 18 nömrəli məktəbdə almışdır. Ağdam N saylı hərbi hissəsində vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 5-də şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi.Nazlı adında 1 övladı var.
Tağıyev Hüseyn Oktay oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Füzulinin azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Yusifov Taleh Valeh oğlu
21 may 1992-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 167 saylı məktəbdə almışdır. Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabrın 9-da şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi.
Yusifov Taleh Valeh oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Füzulinin azad olunması uğrunda” medalı, "Cəsur döyüşçü" medalı və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.