Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı aparatının etik müvəkkilinin 2022-ci ildə gördüyü işlərə dair

HESABATI

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Qanunun icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə isləyən dövlət qulluqçularının xidməti davranılaşlarının nəzarət qaydasında bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və etik davranış qaydalarının pozulmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Hesabat dövründə dövlət qulluqçularının fəaliyyətndə loyallıq, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, ictimai və siyasi fəaliyyət, korrupsiyanın qarşısının alınması,  maraqların toqquşmasının qarşısının alınması, davranışın hüquqi tənzimlənməsi, istifadəsində olan əmlakdan istifadə, xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatlardan istifadə hüququ, fəaliyyətində əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyəti mövzularında treninqlər, müşavirələr, fərdi söhbətlər aparılmışdır.

Hesabat ilində əmək funksiyalarının icrasında yol verdiyi səhlənkarlığa görə rayon  İcra Hakimiyyətinin bir əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının müvafiq əmri ilə inzibati tənbeh tədbiri görülmüşdür.

Keçidlər