Rayon İdarələri
Bələdiyyə
Bakı şəhəri Yasamal rayonu Yasamal Bələdiyyəsi
Hüquqi ünvan: Bakı şəhəri, A.M.Şərifzadə küç.108-110
Tel. 012 432 52 24 ,012 432 51 78, 012 432 52 43
Fax: 012 432 52 24
web sayt: yasamalbelediyyesi.az
e-mail: yasamalbelediyyesi@mail.ru
Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması Ümummilli Liderimiz- Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 12 noyabr 1995- ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının IV bölməsi bələdiyyələrə həsr olunaraq özünün hüquqi statusunu almışdır. Yasamal Bələdiyyəsi Azərbaycan Respublikasında keçirilən ilk bələdiyyə seçkilərində - 12 dekabr 1999- cu ildə yaradılmış və 2000- ci ilin əvvəllərindən fəaliyyətə başlamışdır. Yasamal Bələdiyyəsinə seçilmiş 19 nəfər bələdiyyə üzvi Azərbaycan Respublikası Konstitusiyasının 144- cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2010- cu il tarixli qərarı ilə təsdiqlənmişdir. 2004-cü ilin dekabrın 17-də 2-ci dəfə, 2009-cu ilin dekabrın 23-də 3-cü dəfə, 2014-cü ilin dekabrın 23-də 4-cü dəfə, 2019-cu ilin dekabrın 23-də 5-ci dəfə Yasamal Bələdiyyəsinə 19 nəfər bələdiyyə üzvü seçilmişdir.
Yasamal Rayonu Bələdiyyəsinin üzvləri ( 2019-2024-cü illər ) haqqında məlumat
Sıra №si |
Soyadı, adı, atasının adı |
Əsas iş yeri, vəzifəsi |
Təhsili, ixtisası |
Partiyalılığı |
1. |
Məmmədov Tahir İlyas oğlu |
Yasamal Bələdiyyəsi, |
Ali, Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universiteti, hüquqşünas |
Yeni Azərbaycan Partiyası |
2. |
Cəfərov Zakir Ramazan oğlu |
Yasamal Bələdiyyəsi, |
Ali,Bakı Dövlət Universiteti, bioloq, Biologiya elmləri namizədi, dosent |
Yeni Azərbaycan Partiyası |
3. |
Muxtarov Emin Əlimuxtar oğlu |
Yasamal Bələdiyyəsi, |
Ali, Azərbaycan Beynəlxalq Universiteti, hüquqşünas |
bitərəf |
4. |
Babayev Zaur Adil oğlu |
Yasamal Bələdiyyəsi, |
Ali, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, hüquqşünas |
Yeni Azərbaycan Partiyası |
5. |
Dəmirov Samir Əmrah oğlu |
AS Tikinti Şirkəti, direktor |
Ali,Bakı Dövlət Universiteti, hüquqşünas |
bitərəf |
6. |
Şeydayev Bəhram Şeyda oğlu |
Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri |
Ali, Bakı Dövlət Universiteti,Tarix, Ümum Qoşun Hərbi məktəbi,hərbiçi |
Yeni Azərbaycan Partiyası |
7. |
Ağakərimov Müzəffər Mehdi oğlu |
Abşeron İdman Olimpiya Kompleksinin direktor müavini |
Ali, Bakı Dövlət Universiteti, Tarix |
bitərəf |
8. |
Mirzəyev Ramil Kamil oğlu |
Yeni Azərbaycan Partiyasının Mərkəzi aparatı, Bölgə kuratoru |
Ali, Azərbaycan Beynəlxalq Universiteti, hüquqşünas, Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadiyyatın hüquqi tənzimlənməsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Bələdiyyə idarəetməsi |
Yeni Azərbaycan Partiyası |
9. |
Əsgərov Vüqar Məmməd oğlu |
Neftqazlayihə ETİ, mühəndis |
Ali,Azərbaycan Neft Kimya İnstitutu, mühəndis |
Böyük Quruluş Partiyası |
10. |
Talıbova Cəmilə Məmmədağa qızı |
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, aparıcı elmi işçi |
Ali, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ekologiya |
Yeni Azərbaycan Partiyası |
11. |
Bağırov Rüzgar Nəci oğlu |
Kiçik Sahibkarlıq |
Ali, Ali Hərbi Akademiya, Kəşfiyyat |
bitərəf |
12. |
Qasımova Fəridə Azər qızı |
4 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi, dərnək rəhbəri |
Ali, Moskva Dövlət Pedaqoji Universiteti, pedaqoq |
Yeni Azərbaycan Partiyası |
13. |
Əliyeva LeylaNatiq qızı |
British Council-da Proqram assisenti, Gənclər üçün Təhsil mərkəzi, beynəlxalq əlaqələr üzrə katib |
Ali, Azərbaycan Dillər Universiteti, İngilis dili |
Yeni Azərbaycan Partiyası |
14. |
Nəcəfova Nuridə Xudaqulu qızı |
Yasamal rayon, 1 saylı Şuşa şəhər tam orta məktəbi, müəllimə |
Ali, Bakı Mühəndislik Universiteti, ibtidai sinif müəlliməsi |
Yeni Azərbaycan Partiyası |
15. |
Cabarova Səmayə Rafiq qızı |
Yasamal rayon, 22 saylı MKİS, kargüzar |
Ali,Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filoloq |
Yeni Azərbaycan Partiyası |
16. |
Əkbərova İlkanə Əflatun qızı |
Yasamal rayon İcra Hakimiyyətində könüllü |
Ali,Bakı Dövlət Universiteti, Tarix |
Yeni Azərbaycan Partiyası |
17. |
Daşdəmirov Həsən Daşdəmir oğlu |
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində məsləhətçi |
Ali,Neft Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Bələdiyyə İdarəetməsi |
Yeni Azərbaycan Partiyası |
18. |
Rzayeva Afərin Akif qızı |
Bələdiyyə üzvü |
Ali,Azərbaycan Memarlıq və İnşaat Universiteti,Memarlıq |
bitərəf |
19. |
Əliyeva Zeynəb Təvəkkül qızı |
Bələdiyyə üzvü |
Ali,Azərbaycan Müəllimlər İnstitutu ,Tarix-Coğrafiya |
Yeni Azərbaycan Partiyası |
Yasamal bələdiyyəsinin aparatı
Sıra №si |
ŞÖBƏLƏR |
ŞÖBƏ MÜDİRLƏRİ |
ƏLAQƏ NÖMRƏLƏRİ (Daxili) |
1. |
Maliyyə və İqtisadiyyat şöbəsi |
Nazim Vəliyev |
15 |
2. |
Humanitar və Sosial müdafiə şöbəsi |
Səmat Mirzəyev |
16 |
3. |
Ərazi İdarəetmə şöbəsi |
Rizvan Mahmudov |
13 |
4. |
İnsan Resurslarının İdarə edilməsi və Sənədlərin Qəbul şöbəsi |
Əvəz Sadıxov |
18 |
5. |
Vergi və Ödənişlər şöbəsi |
Rəşid Muradov |
12 |
Yasamal Bələdiyyəsində 7 daimi komissiya, İcra aparatının 5 struktur bölməsi və bələdiyyənin nəzdində 24 Məhhəllə Komitəsi fəaliyyət gəstərir.
Keçən dövr ərzində mövcud qanunvericiliyə uyğun olaraq rayonun sosial-iqtisadi inkişafı və yerli əhəmiyyətli məsələlərin qabaqcadan nəzərdən keçirilməsi, onların həlli üçün bələdiyyə iclasına layihə proqramların təqdim edilməsi, bu sahədə səlahiyyətləri daxilində bələdiyyə tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinə yardım göstərilməsi məqsədilə bələdiyyənin daimi komissiyalar müəyyənləşdirilərək təsdiq edilmişdir.Eyni zamanda, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın qərarı ilə bələdiyyənin daimi komissiyalarınınişinin gücləndirilməsi ilə bağlı konkret tədbirlər görülmüşdür.
Yerli məsələlərin həllinə dair Rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin fəaliyyətini uzlaşdırmaq, müvafiq müzakirələr aparmaqla təkliflər hazırlamaq, birgə layihələr hazırlayıb həyata keçirtmək, seminarlar təşkil etmək üçün əlaqələndirmə funksiyalarını həyata keçirmək məqsədi ilə məşvərətçi orqan olan Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin Koordinasiya Şurası yaradılmışdır. Koordinasiya Şürasının fəaliyyəti nəticəsində rayonun sosial-iqtisadi inkişafı və yerli əhəmiyyətli məsələlərin həllində Yasamal Bələdiyyəsinin rolu və iştirakı xeyli dərəcədə artmış, Rayon İcra Hakimiyyəti ilə Bələdiyyənin əlaqələri daha da möhkəmlənmiş, onların qarşılıqlı fəaliyyəti üçün xeyli iş görülmüşdür.