Şriftin ölçüsü :

Saytın rəngi :

Qədirli Erkin Toğrul oğlu - Milli Məclisin deputatı

Erkin Toğrul oğlu Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə BDU-da hüquq fakultəsində təhsil alıb və 1994-2006-cı illərdə BDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakultəsində müəllim kimi çalışıb. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar üçün, həmçinin çeşidli milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi işləyib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub.

1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" ("Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi") kitabının müəlliflərindən biridir (kitab 2008-ci ildə ikinci dəfə nəşr olunub).

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin üzvüdür.

2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 16 saylı Yasamal II seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi və AŞPA-nın üzvüdür və Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Rus və ingilis dillərini bilir.

Keçidlər