Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur

12 noyabr 2012 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Yasamal rayonundakı 173 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 173 nömrəli məktəbdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, binası 1939-cu ildə inşa olunmuş 800 şagird yerlik bu məktəbdə 30 sinif otağı vardır.
Hazırda burada 320 şagird təhsil alır. Bu təhsil ocağında əsaslı təmir və yenidənqurma işləri qısa vaxt ərzində, yüksək standartlara uyğun şəkildə başa çatdırılmışdır.
Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına baxdı, yaradılan şəraitlə yaxından tanış oldu. Sinif otaqlarında şagirdlərin təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Məktəbdəki sinif otaqları, fənn kabinetləri və laboratoriyalar müasir avadanlıqla təchiz edilmişdir. Təhsil ocağında təhlükəsizlik kameraları quraşdırılmışdır. Məktəbin dəhlizinə və pilləkənlərə yüksək keyfiyyətli mərmər döşənmişdir. Məktəbdə yeni və müasir istilik sistemi quraşdırılmış, həyətyanı sahədə abadlıq və quruculuq işləri görülmüşdür.

 

Keçidlər