Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda sanitar-təmizlik işləri və estetik tədbirlər həyata keçirilir

29 avqust 2026 | 17:16

Yay mövsümündə Yasamal rayonunun sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə yerli MKTB və aidiyyatı xidmətlər tərəfindən rayonda həftə sonları iməclikləri keçirilir.
Keçirilən iməcliklər zamanı rayondakı prospekt və küçələr yuyulur, ərazilərdə əsaslı təmizlik işləri aparılır.Həmçinin səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilir, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülür. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənir, ətrafında səliqə-sahman işləri aparılır.Həmçinin yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilir. Eyni zamanda, müxtəlif ünvanlarda rəngbərəng güllər əkilir, rəngli güllərdən kompozisiyalar yaradılır.İməçilik zamanı rayonda məişət tullantılarının vaxtında daşınması, küçə və həyətlərin təmiz saxlanılması və ümumi şəhər mühitinin səliqəli vəziyyətdə saxlanılması da daim diqqət mərkəzindədir.

Keçidlər