Yasamal rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə hazırlıq işləri görülüb
26 dekabr 2025 | 11:29
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Yasamal rayon icra hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Rayondakı parklarının, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir.








