Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda "Qida təhlükəsizliyi" mövzusunda maarifləndirici tədbir təşkil edilib

19 sentyabr 2024 | 17:14

19 sentyabr 2024-cü il tarixində Yasamal rayonunda "Qida məhsullarının konservləşdirilməsi, onların saxlanması və istifadə edilməsi zamanı sanitar-gigiyena qaydalarına əməl olunması" və "Sağlam və balanslı qidalanma" mövzularında təşviqat işlərinin aparılması məqsədilə maarifləndirici aksiya keçirilib. Ərazidə yaşayan sakinlərə konservləşdirilmiş qidaların düzgün saxlanılması və istifadəsi zamanı sanitar qaydalara riayət etməyin əhəmiyyəti izah edilib.

Eyni zamanda, sağlam və balanslı qidalanmanın ürək-damar sistemi və digər xəstəliklərin riskinin azaldılmasında xüsusi rol oynadığı barədə məlumat verilib. Vətəndaşlara düzgün qidalanmanın normal çəkinin qorunması, qan təzyiqinin aşağı salınması, tromb əmələ gəlməsinin qarşısının alınması və ürək-damar xəstəliklərinin azaldılması kimi müsbət təsirləri haqqında məlumat verilib. Həmçinin, xəstəliklərin qarşısının alınması üçün tövsiyə olunan qidalar barədə məlumatlandırıcı tövsiyələr verilib.

Keçidlər