Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonunun ərazisi 16,22 kv.km, əhalisi 249 335 nəfərdir. Rayon ərazisində 16 001 nəfər məcburi köçkün yaşayır.

Yasamal rayonunda Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Alov” və “Azon” zavodları, "Azərsuvenir" MMC daxil olmaqla 152 müəssisə fəaliyyət göstərir.

Rayonda ümumi sayı 9153 ədəd olan müxtəlif kateqoriyalı təsərrüfat obyektləri fəaliyyət göstərir ki, bu təsərrüfat obyektlərində də 174 535 nəfər fəhlə və qulluqçu işləyir. bu müəssisələrdə orta aylıq əməkhaqqı 772,9 manat olmuşdur.

2017-ci ildə Yasamal rayonunun makroiqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur:

  • sənaye məhsulunun ümumi həcmi 424,916 mln. manat.
  • əsas kapitala yönəldililən investisiyalar 905,355 mln. manat.
  • əsas kapitala yönəldilən ümumi investisiyadan tikinti-quraşdırma işləri 495,507 mln. manat.
  • öz gücləri ilə yerinə yetirilən podrat işlərin həcmi 850,526 mln. manat.
  • nəqliyyat sektorunda xidmətlərin həcmi 2565,855 mln. manat.
  • informasiya və rabitə xidmətlərinin həcmi 711,998 mln. manat.
  • parakəndə ticarət dövriyyəsi 2051,258 mln. manat
  • əhaliyə göstərilən ödənişli xidmətlər 534,525 mln. manat.
  • bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 738,1 manat

2021-ci ilin yanvar ayının 1-nə olan məlumata görə Yasamal Telefon Qovşağının ümumi nömrə tutumu 179 832 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı 154 022 ədəddir.

Keçidlər