Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Yasamal rayonu Bakı şəhərinin mərkəzi rayonlarından biri olaraq, şəhərin qərb hissəsində yerləşir.Ərazisinin relyefi cənubdan şimala və şərqdən qərbə döğru yüksələn yoxuşlardan ibarətdir. Rayonun qərbində relyef yenidən eniş vasitəsi ilə Yeni Yasamal yaşayış massivinə enir.
Coğrafi cəhətdən rayon şərq (aşağı hissə), mərkəz, şimal, cənub və qərb (Yeni Yasamal) hissələrdən ibarətdir. Aşağı-şərq hissə əsasən köhnə yaşayış binaları, bir neçə nazirlik və digər inzibati binalar yerləşməklə Nəsimi və Səbail rayonları ilə həmsərhəddir. Mərkəzi hissə bir neçə nazirlik, komitə və baş idarələrin yerləşdiyi siyasi idarəetmə mərkəzinin (H.Cavid prospekti) bir hissəsi olmaqla, Səbail rayonu ilə, şimal hissədə bir sıra inzibati bina yerləşməklə şəhərdən çıxışın yolayrıcları (20 yanvar metrosunun ətrafı) ilə əhatə olunmuş, Nəsimi və Binəqədi rayonları ilə, cənubda Səbail, qərbdə isə Qaradağ rayonları ilə həmsərhəddir. Qeyd olunan cöğrafi relyefə malik Yasamal rayonu aşağıdakı rayonlarla həmsərhəddir.

  • Cənubdan – Səbail rayonu ilə (3,0 km);
  • Şərqdən – Nəsimi rayonu ilə (5,0 km);
  • Şimaldan – Binəqədi rayonu ilə (2,8 km);
  • Qərbdən – Qaradağ rayonu ilə (3,2 km).
     
Keçidlər