Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

ELAN

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti başçısının 16 iyun 2017-ci il tarixli 188 nömrəli Sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.

Bununla əlaqədar olaraq 12 yanvar 2018-cü il tarixdən etibarən 20 iş günü müddətində Yasamal rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 11 fevral 2018-ci il tarixdə namizədlərin irəli sürülməsi başa çatacaqdır.

Seçki ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər (Əlaqə telefonu 533-05-22).
 

 

Vətəndaş cəmiyyətləri institutlarının nəzərinə!

“İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsanamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Yasamal rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında” Yasamal rayon İcra Hakimiyyəti başçısının 16 iyun 2017-ci il tarixli 188 nömrəli sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.

Keçidlər