Xasayeva Səbinə Səməd qızı - Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü
Xasayeva Səbinə Səməd qızı 30 mart 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri S.Məhərrəmov adına orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2010-cu ildə bitirib.
2010-2014 cü illərdə Azərbaycan Dillər Universitetinin “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakültəsində “Skandinaviyaşünaslıq” ixtisasi üzrə ali təhsil alıb.
2016- 2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə magistr təhsili alıb.
2014 və 2019-cu illərdə keçirilən bələdiyyə seçkilərində iştirak edib və Lökbatan bələdiyyəsinin üzvü seçilib və bu illər ərzində Lökbatan bələdiyyəsində sədr müavini vəzifəsində çalışıb.
2020-ci ilin fevral ayında Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə keçirilən seçkilərdə iştirak edib və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səbinə Xasayev millət vəkili seçilib. Milli Məclisin Regional məsələlər Komitəsinin üzvüdür.
Ailəlidir, 2 (iki) övladı var.