Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının yaradılması haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI

BAKI ŞƏHƏRİ YASAMAL RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

SƏRƏNCAMI

       №   18                                                                                                             “ 08 “  fevral  2016-cı il

 

Yasamal rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 03.02.2016-cı il tarixli Fərmanını rəhbər tutaraq qərara alıram:

1. Yasamal rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradılsın.

2. “Yasamal rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Yasamal rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının tərkibi təsdiq edilsin (əlavə olunur).

4. Yasamal rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının Katibliyinin tərkibi təsdiq edilsin (əlavə olunur).

5. Yasamal rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının sədri Apellyasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirləri görsün.

6. Bu sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.


  İbrahim Mehdiyev

Keçidlər