Zəfər Günü Yasamal rayonunda silsilə tədbirlərlə qeyd edilib
8 noyabr Zəfər Gününün ikinci ildönümü paytaxtın Yasamal rayonunda geniş şəkildə qeyd edilib.Öncə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər Yasamal rayon şəhidlərinin xatirə kompleksində bir araya gəldilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərlik etdiyi rayon ictimaiyyəti şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi, Dövlət himni səsləndirildi, kompelks önünə gül dəstələri qoydu.
Daha sonra mərasim iştirakçıları 2-ci Fəxri Xiyabana baş çəkərək Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhlarına dualar oxundu, xatirələri ehtiramla yad edildi.
Daha sonra rayon ərazisində agacəkmə aksiyası keçirildi. Aksiya Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutdu. Bu nəcib aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olundu. Ağacəkmə kampaniyasında Eldar şamı, səvr, dekorativ gül və kol bitkiləri olmaqla müxtəlif növ ağaclar əkildi. Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparıldı, habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərildi.
Yasamal rayonunda keçirilmiş Zəfər Günü tədbirlərində Yasamal Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Yasamal Bələdiyyəsinin üzvləri, şəhidlərimizin ailə üzvləri və qazilər, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif dövlət qurumlarının, Yeni Azərbycan Partiyasının fəalları, idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ailə üzvləri onların xatirəsinə göstərilən dövlət səviyyəsindəki yüksək diqqətə görə cənab Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə xüsusi minnətdarlıqlarını ifadə etdilər.