Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal RIH başçısı ərazidə sakinlər ilə görüşdü

07 sentyabr 2023 | 15:59

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayondakı 18 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla görüşdü. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Növbə ilə söz alan vətəndaşlar tikinti qaydaları, şəhid ailələrinin  mənzil ilə təminatı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, küçələrin asfalt örtüyünün təzələnməsi, istismar müddəti bitmiş binaların söküntüsü və yeni yaşayış komplekslərinin tikintisi, yanğından zərər çəkmiş sakinlərə yardım, yaşayış binalarında lift və blokların təmiri, yol infrastrukturunun təkmilləşdirilməsi, bina zirzəmilərində sahibkarlıq fəaliyyəti, qurumuş ağacların budanması və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Görüş sakinlər tərəfindən razılıqla qarşılandı. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirərək, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq ifadə etdilər.

Keçidlər