Yasamal rayonunun ictimaiyyəti Zəfər Gününü təntənə ilə qeyd edib
Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə «Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir» adlı bayram tədbiri keçirilib. Azərbaycan Milli Konservatoriyasında baş tutan tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, dövlət rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rektorları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib,Ulu Öndərin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Öncə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edərərk Zəfər Günü münasibətilə hər kəsi təbrik etdi.
Daha sonra tədbirdə nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğu bildirdi. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edildi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.İcra başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın ermənilərdən azad edilməsi münasibətilə xalqa müraciəti böyük tarixi bir hadisə oldu.Uzun illər boyu bütün Azərbaycan xalqı belə bir çıxış gözləyir və arzular qururdu. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndində və digər azad edilmiş torpaqlarımızda dalğalanır.Bildirildi ki, Ulu Öndərin 100 illiyi qeyd olunduğu bir vaxtda Qarabağda suverenliyimizin tam bərpası böyük rəmzi məna daşıyır. Bu gün Qarabağda geniş miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir,milli-mədəni abidələrimiz bərpa edilir. Elşad Həsənov bu mənada Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi əmək və zəhmətini vurğuladı.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirdi.Buna görə biz Ali Baş Komandan İlham Əliyev, şəhid və qazilərimizə borcluyuq. Adil Əliyev Yasamal rayonunun şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə öndə gedən rayonlardan biri olduğunu da vurğuladı.
Tədbirin sonunda Zəfər Gününün möhtəşəmliyinə incəsənət xadimlərinin ifaları xüsusi rəng qataraq tədbir iştirakçılarına həssas anlar yaşatdı.