Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti XTQ-nin şəhid kapitanını yad edib

11 oktyabr 2022 | 12:07

44 günlük Vətən Müharibəsinin şəhidi, XTQ kapitanı Nurlan Mustafayev şəhadətinin ildönümündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən yad edilib. Şəhidin Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarı ziyarət edilib, burada onun ruhuna dualar oxunub.

Mərasimdə şəhidin yaxınlarına başsaglığı verən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Nurlan Mustafayev müharibədə göstərdiyi rəşadətə görə, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Nurlan Mustafayev Hadrud uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun erməni işğalçılarını torpaqlarımızdan qovduğunu və onlara misilsiz bir tarixi  dərs verdiklərini bildirdi. Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını bildirdi.Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.

Keçidlər