Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti Ulu Öndəri yad edir

08 dekabr 2022 | 16:04

Yasamal rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ərəfəsində “Zəfər siyasətinin banisi” adlı anım tədbiri keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında baş tutan anım tədbirində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkiləri, ali təhsil ocaqlarının rektorları, YAP fəalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbirin əvvəlində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Tədbirdə nitqlə çıxış edən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd etdi ki, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli lider Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu öndər Heydər Əliyev həyatı boyu hansı məqamda, hansı vəzifədə olmağından asılı olmayaraq ürəyi Azərbaycanla döyünüb. Çıxışına davam edən A.Rəhimzadə bildirdi ki, Ümummilli lider Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib və bu gün biz bundan faydalanırıq. Müstəqil Azərbaycan yaşadıqca, Ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.

Sonda tədbir bədii hissə ilə yekunlaşdı.

Keçidlər