Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş Günü münasibətilə “Milli Dövlətçiliyimizin Xilaskarı” mövzusunda tədbir keçirilib

13 iyun 2023 | 17:44

Yasamal rayonunun ictimaiyyəti 15 İyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. Bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələri Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət edərək ərazi bütövlüyümüz uğrunda həlak olanların ruhuna ehtiramını bildirdilər. Daha sonra isə Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi.Tədbirdən öncə  Ulu Öndərin büstü önünə gül dəstələri qoyuldu, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Ulu Öndərin fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki,  Ulu Öndərin şəxsiyyəti o qədər nəhəngdir ki, onun tarixdəki rolunu təsvir etmək bir nəsilin işi deyil.

Tədbirdə nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür.  Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Elşad Həsənov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi dahiliyi ondan ibarət idi ki, o, bütün addımlarını Azərbaycanın bu günkü uğurlarına hesablamışdı.

Belə ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün  idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.Sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük işlər görmüşdü: yeni sənayələşmə siyasəti, gənclər üçün kütləvi təhsil imkanlarının yaradılması, aqrar islahatlar və sairə.  O zaman Sovet respublikaları arasında Azərbaycan inkişaf səviyyəsinə görə son yerlərdən ön sıralara çıxmaga başladı.

Ulu Öndərin rəhbərliyinin ikinci dövründə isə tarixi hadisələr baş verdi. 90-cı illərin əvvəlini xatırlayanda, Azərbaycanın hansı fəlakətlə üzləşdiyini bir daha anlayırıq: bir tərəfdən erməni işğalçıları, digər tərəfdən daxili böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoymuşdu.1993-cü ildə Ümummilli lider Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı.

O zaman Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ali qanunverici orqanın sədri seçildi. Bununla da ölkədəki qarşıdurma və xaosa son qoyuldu. Azərbaycan dağılmaq təhlükəsindən qurtuldu, ən qısa müddətdə ölkədə sabitlik bərpa olundu.

İcra başçısı vurğuladı ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir.Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir.Beləliklə, 2020-ci ilin tarixi Zəfərə yol məhz 1993-cü ilin 15 iyun Qurtuluş günündən keçdi. Artıq Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Ulu Öndərin ideyaları hər birimiz üçün əzizdir.Bu gün ölkəmizdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən görülən işlər böyük miqyasdadır. Cənab Prezident İlham Əliyevin tapşırığı çərçivsində Heydər Əliyev Fondu Qarabagda tarixi abidlərimizin bərpasında böyük rol oynayır.

Daha sonra çıxış edən Heydər Əliyev irsinin araşdırmaçısı İradə Hüseynova Ulu Öndərin şəxsiyyətinə tarixi prizmadan yanaşaraq öz fikir və mülahizələri ilə bölüşdü.

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 15 iyun Milli Qurtuluş günü münasibətilə fəxri fərmanlar təqdim olundu.

Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər