Yasamal rayonunda Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilir
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə Yasamal rayonunda yerləşən akademik Zərifə Əliyeva adına liseydə tədbir keçirilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva,Türkiyə səfirliyinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Liseyin direktoru Fərqanə İsayeva qonaqları salamlayaraq liseyin akademik Zərifə Əliyeva adını daşımasını kollektivi üçün böyük bir məsuliyyət və şərəf olduğunu bildirdi.
Tədbir çərçivəsində lisey şagirdlərinin ifasında bədii hissə nümayiş etdirildi. Milli və ümumtürk motivləri əsasında ifadə edilən mahnı kompozisiyaları toplaşanların sürəkli alqışlarına səbəb oldu.
Tədbirin sonunda iştirakçılar xeyriyyə yarmarkasına qatıldılar və lisey şagirdlərinin əl işləri ilə tanış oldular. Yarmarkada toplanan vəsait Türkiyədəki zəlzələ qurbanları üçün yardım kampaniyasına yönəldiləcək.