Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Zəfər Günü təntənəli şəkildə qeyd edilib

05 noyabr 2022 | 10:11

8 noyabr Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, YAP Yasamal rayon təşkilatının və Yasamal Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində «Qəhrəmanlıq Salnaməsi» adlı təntənəli tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, dövlət rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rektorları, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Tədbirdə dövlət himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğu bildirdi. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün müzəffər ordumuz regionun ən qüdrətli silahlı qüvvələrinə çevrilib.

İcra başçısı Elşad Həsənov  bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın ermənilərdən azad edilməsi münasibətilə xalqa müraciəti böyük tarixi bir hadisə oldu.Uzun illər boyu bütün Azərbaycan xalqı belə bir çıxış gözləyir və arzular qururdu: Qarabağı azad etmək, düşməni qovmaq, doğma yurda  və obaya dönmək, viran edilmiş şəhər və kəndləri bərpa etmək. Bu gün Azərbaycan bayrağı Şuşada və digər azad edilmiş torpaqlarımızda dalğalanır.Qarabağda böyük miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Bu mənada Heydər Əliyev Fondunun və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyini vurğulamaq lazımdır.

Daha sonra Müdafiə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin rəisi, polkovnik Elşad Əbilov müasir Azərbaycan tarixində Zəfər Gününün və ordumuzun şücaətinin əhəmiyyətindən danışdı.

Tədbir tanınmış ifaçıların iştirakı ilə bədii hissə ilə başa çatdı.

Keçidlər