Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən Müharibəsinin şəhidi yad edilib

03 dekabr 2022 | 13:29

Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidi Mahmud Cavadovun əziz xatirəsi şəhadətinin ikinci ildönümündə yad edilib. Şəhidin məzarı ziyarət edilib, dövlət himni səsləndirilib, gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov,şəhidin yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin ailəsinə dərin hüznlə başsaglığı verdi və qeyd etdi ki, Mahmud Cavadov və bütün şəhidlərimiz əbədi olaraq xalqımızın qan yaddaşında yaşayacaqlar. Bildirildi ki, onun kimi cəsur oğullar sayəsində biz Qarabağı azad etdik. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 8 noyabr tarixi Zəfərin cənab Prezident İlham Əliyevin misilsiz hərbi və siyasi strategiyası sayəsində mümkün olduğunu vurğuladı.

Öz növbəsində şəhid ailəsi hər cür dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirdilər.

Mahmud Cavadov 13 aprel 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 31 saylı məktəbdə almışdır. 2016-2020-ci  illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci  ildə  həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goranboy rayon N saylı hərbi hissədə keçmişdir.Vətən müharibəsində könüllü olaraq iştirak etmiş və  2020-ci ilin noyabr ayının 27-də şəhidlik zirvəsinə ucalmışdır.
Cavadov Mahmud Heydər oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı  və  ”Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər