Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən Müharibəsinin şəhidi yad edilib

13 noyabr 2022 | 15:15

Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhidi Rövşən Nurzadənin əziz xatirəsi yad edlib. Məzarı ziyarət edilib, gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şəhidin anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin ailəsinə dərin hüznlə başsaglığı verdi və qeyd etdi ki, Rövşən Nurzadə bütün Azərbaycan xalqının şəhididir. Bildirildi ki, Rövşən Nurzadə kimi cəsur oğullar sayəsində biz bayrağımızı Şuşaya sancdıq. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 8 noyabr tarixi Zəfərin cənab Prezident İlham Əliyevin möhtəşəm hərbi və siyasi zəkası sayəsində mümkün olduğunu vurğuladı.

Öz növbəsində şəhid ailəsi hər cür dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirdilər.

Rövşən Nurzadə 24 mart 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini Sumqayıt şəhəri 31 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra Hərbi Akademiyanı və bir müddət sonra isə İqtisadiyyat Universitetini bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Ağdamda N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2020-ci il Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 8-i şəhidlik zirvəsinə ucalmışdır.Evli idi. İki övladı var.

Nurzadə Rövşən Əli oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda” medalı,” İgidliyə görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Keçidlər