Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən Müharibəsinin şəhidi barədə filmin və kitabın təqdimatı olub

07 oktyabr 2022 | 19:13

Bu gün Yasamal rayonunda Vətən Müharibəsinin şəhidi, XTQ kapitanı Həmidaga Hüseynzadənin xatirəsinə həsr ediliş filmin və kitabın təqdimatı keçirilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçsı Elşad Həsənov, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə, ali təhsil ocaqlarının nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.

AZTV-nin yaradıcı heyəti tərəfindən ərsəyə gətirilən bu film Həmidaga Hüseynzadənin həyat və döyüş yolundan bəhs edir.Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçsı Elşad Həsənov vurğuladı ki, Həmidaga Hüseynzadə və bütün digər şəhidlərimiz əbədi olaraq xalqımızın qan yaddaşında yaşayacaq və heç zaman unudulmayacaqlar. Elşad Həsənov şəhidin anasına və atasına igid və cəsur övlad böyüdüb tərbiyyə verdiklərinə görə sonsuz minnətdarlığını bildirdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı 2020-ci ildə tarixi Zəfərin qazanılmasında bizim müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, şəhid və qazilərimizə borclu olduğumuzu vuğuladı.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Cavid Osmanov, şəhid Həmidaga Hüseynzadə barədə filmin müəllifi, jurnalist Firuzə Nadir, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, və digər natiqlər şəhidlik zirvəsinin əbədiyyətindən söz açdılar.Tədbirdə çıxış edən şəhid atası Bağı Hüseynzadə ailələrinə verilən diqqət və dəstəyə görə dərin minnətdarlığını bildirdi.

Həmidaga Hüseynzadə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin sentyabr ayının 28-də şəhidlik zirvəsinə ucalmışdır. Ailəli idi. Həmidə adında 1 övladı var.

Hüseynzadə Həmidağa Bağı oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Qarabağ" ordeni, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" medalı “Azərbaycan Ordusunun 100 illiyi” yubiley,"Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Anım tədbirinin sonunda məktəblilərin ifasında şəhidə həsr edilmiş bədii kompazisiya canlandırıldı.

Keçidlər