Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhidlərin xatirə lövhəsinin açılışı olub

05 noyabr 2022 | 11:39

Bu gün Yasamal rayonunun 158 saylı tam orta məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin açılışı olub.Xatirəsinə lövhə açılan altı şəhid müxtəlif illərdə bu məktəbin məzunları olublar və həm Birinci Qarabağ, həm də 2020-ci ilin Vətən Müharibəsində şəhid olublar.Açılış mərasimində xatirə lövhəsi önünə gül dəstələri qoyuldu.

Açılış mərasimində çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, şəhidlərin xatirəsi əbədi olaraq xalqımızın qan yaddaşında yaşayacaq.İcra başçısı şəhidlərin qanının yerdə qalmadığını və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı azad etdiyini vurğuladı.

Məktəb direktoru Mehriban Ələkbərova şəhidlərin xatirəsinin yaşadılmasının gələcək nəsillər üçün mühüm  amil olduğunu bildiridi.Öz növbəsində şəhid ailələrinin üzvləri şəhidlərin ruhuna göstərilən bu ehtirama görə ölkə rəhbərliyinə minnətdarlığını bildiridilər.Sonda məktəblilərdən ibarət yaradıcı qruplar şəhidlərin ruhuna ithaf edilmiş kompazisiyalar ifa etdilər.

Keçidlər