Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirilib

23 oktyabr 2022 | 12:28

Bu gün Yasamal və Cəbrayıl rayonlarının ictimaiyyət nümayəndələri 2-ci Fəxri Xiyabanda şəhid Ravil Hümbətovun və Badamdar qəbirstanlığında Vətən Müharibəsinin şəhidi Elvin Salahovun məzalarını ziyarət edib, gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə dərin hüznlə başsaglığı verdi və qeyd etdi ki, Azərbaycan dövləti hər zaman onlara maddi və mənəvi dəstək verəcək. Bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə tapşırıq və göstərişləri yerlərdə davamlı şəkildə həyata keçirilir.

Öz növbəsində şəhid ailələri diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirdilər.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, Cəbrayıl şəhər sakini, 1987-ci il təvəllüdlü, Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Hümbətov Ravil Mübariz oğlu sentyabrın 12-si və 13-ü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır.

Salahov Elvin Sabir oğlu 17 sentyabr 2001-ci ildə Şabran rayonunda anadan olmuşdur. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 23-də şəhidlik zirvəsinə ucalmışdır.

Elvin Salahov  müharibədə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunması uğrunda” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif edilib.

Keçidlər