Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Prezident İlham Əliyevin 19 illik fəaliyyəti qeyd olunur

14 oktyabr 2022 | 16:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident seçilməsinin 19 illiyi Yasamal rayonunun ictimaiyyəti tərəfindən geniş qeyd olunur. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı tərəfindən birgə təşkil olunan tədbirdə cənab Prezidentin tarixi uğur və nailiyyətlərindən söz açılıb.

Tədbirdə nitq söyləyən BDU-nun rektoru Elçin Babayev, millət vəkilləri Hikmət Babaoglu,Cavid Osmanov və digər natiqlər cənab Prezident İlham Əliyevin 19 illik fəaliyəti dövründə əldə edilən uğur və nailiyyətlərə nəzər saldılar.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xatırlatdı ki, 2003-cü ildəki prezident seçkiləri ərəfəsində Ulu Öndər cənab Prezident barədə demişdir : “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirildi ki, cənab Prezident İlham Əliyevin 19 illik fəaliyyətinə nəzər salarkən bir çox tarixi uğur və nailiyyət barədə danışmaq olar: ölkədə aparılan köklü islahatlar, həyata keçirilən böyük layihələr, ölkə iqtisadiyyatının inkişafı və sairə. Amma cənab Prezidentin ən böyük və tarixi nailiyyəti - işğal edilmiş torpaqlarımızın azad edilməsidir. 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik nəticəsində yaranan Dəmir yumruq düşmənin başını əzdi və biz öz tarixi torpaqlarımıza qayıtdıq. 30 illik Qarabağ həsrətinə son qoyuldu. Bununla cənab Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdi!

Ulu Öndər 1993-cü ildə dövlətimizi dağılmaqdan xilas etdi. Cənab prezident isə 2020-ci ildə Qarabağı azad etdi.Öncə Ulu Öndər, daha sonra isə cənab Prezidentin  Azərbaycan xalqı və dövləti üçün etdikləri misilsiz tarixi xidmət oldu!

Tədbirin sonunda tanınmış elm xadimlərinə və ziyalılara yubileyləri münasibətilə fəxri fərmanlar, bir qrup gəncə isə YAP-ın üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər