Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Polis Günü qeyd edildi

02 iyul 2023 | 09:34

2 iyul Azərbaycan Polisi Günü münasibətilə Yasamal rayon Polis İdarəsində tədbir keçirilib. Tədbirdən öncə Yasamal RİH-in rəhbər heyəti və rayon polis idarəsinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin rəhbərliyi və əməkdaşları iştirak etdilər. Tədbirdə Dövlət himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.

Tədbiri rayon Polis İdarəsinin rəisi, polkovnik Cəmil Əmirov açaraq bildirdi ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə xidmət edir, ictimai asayişin mühafizəsi, sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri peşəkarlıqla yerinə yetirir.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon Polis İdarəsinin rəhbərliyini və əməkdaşlarını təbrik etdi. İcra başçısı bildirdi ki,xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunmuşdur. Qeyd olundu ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları uzun tarixi bir yol keçib. 90-cı illərin əvvələrində ölkədə xaos və hərc-mərclik baş qaldırdığı bir vaxtda yalnız Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda sabitlik bərpa olundu və qanunun aliliyi təmin edildi. Cəmiyyətdə sabitliyin təmin olunmasında DİN mühüm rol oynadı.

2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu. Polis ictimai-siyasi sabitliyin rəmzinə çevrildi.Bu gün Azərbaycan polisi Azərbaycan dövlətinin mühüm dayağıdır.

Birinci Qarabağ və Vətən müharibəsi zamanı çoxlu sayda polisimiz şəhid oldu.

Bildirildi ki, polis hər zaman Azərbaycan vətəndaşını müdafiə edib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi.

Keçidlər