Yasamal Rayonunda növbəti dəfə şəhid ailələri ziyarət olunub
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 44 günlük Vətən müharibəsində şəhid olmuş Rövşən Nurzadənin ailə üzvlərini ziyarət ediblər.
Görüşdə qeyd olundu ki, dövlətimiz şəhid ailələrinə, qazilərə daim həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərir. Mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması ölkə rəhbərliyinin daim diqqətindədir.
Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhidinin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.