Yasamal rayonunda küçə ticarətinə qarşı tədbirlər aparılır
13 iyul 2023 | 16:40
Yasamal rayonunda qanunsuz küçə ticarətinə qarşı mübarizə çərçivəsində Rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlarla birgə profilaktik tədbirlər həyata keçirilir.
Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmağın mümkünlüyü onların diqqətinə çatdırıb.Reydlər zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan bəzi vətəndaşlar barəsində protokol tərtib edilib.
Bu kimi reydlər Yasamal rayonunda mütəmadi olaraq keçiriləcək.