Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Gənclər Günü qeyd edilib

01 fevral 2023 | 13:33

2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon gənclərinin toplantısı keçirilib. Əvvəlcə tədbir iştirakçıları Yasamal rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edərək gül dəstələri qoyublar. Dövlət himni səsləndirildi .Daha sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Toplantını açıq elan edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov qeyd etdi ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərindən biri olub. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verib.Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi.Bildirildi ki, bu il biz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cu ildönümünü qeyd edirik. Heydər Əliyev şəxsiyyəti Azərbaycanda misilsiz işlər görüb. Dövlət gənclər siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir.

Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.Azərbaycan Prezidenti hər zaman gənclərə xüsusi önəm verib. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar.Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu! Onların bir çoxu məhz cənab Prezidentin  hakimiyyəti illərində böyümüş və təlim-tərbiyyə almışlar.

Toplantıda Milli Məclisin deputatları Elnur Allahverdiyev, Ülvi Quliyev, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını “Azərbaycan Gəncləri günü” münasibətilə təbrik edib, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar.Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov və idarənin məsul əməkdaşları da iştirak etdilər. Tədbirdə  Yasamal rayon gəncləri çıxışlar etdilər.

Toplantıda bir qrup gənc rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə və 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə fəxri fərmanlar ilə təltif edildilər.Sonda xatirə fotoları çəkildi.

Keçidlər