Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

22 noyabr 2022 | 13:17

22 noyabr ədliyyə işçilərinin peşə bayramı münasibətilə Yasamal rayonunda tədbir keçirilib. Yasamal rayon məhkəməsində baş tutan tədbirdə sədr İslam Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavinləri Xaliq Möhbalıyev, Təravət Muradova və rayonun digər qurum və idarələrinin rəsmiləri iştirak etdilər. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramının qeyd edildiyi xatırlatdılar və Azərbaycan ədliyyə sisteminini keçdiyi tarixi yoldan bəhs etdilər. Bildirildi ki, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan yeni vəzifələrin - qanunun aliliyinin, ədalətin, ədliyyə və məhkəmədə şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı tapşırıqlar ardıcıl şəkildə icra olunur və burada əsas məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir.

Keçidlər