Yasamal rayonunda cənab İlham Əliyevin Prezident fəaliyyətinin 20 illiyi qeyd olunub
Cənab İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi illiyi münasibətilə bu gün Yasamal rayonunda təntənəli tədbir keçirilib.Tədbirdən əvvəl iştirakçılar Yasamal rayon Şəhidlərinin Xatirə Kompleksi önünə gül dəstələri qoydular, ruhlarını yad etdilər.Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında baş tutan tədbirdən öncə iştirakçılar Ulu Öndərin büstü önünə gül dəstələri qoydular, daha sonra isə onun və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev cənab Prezident İlham Əliyevin son 20 ildəki parlaq fəaliyyətindən danışdı. Qeyd olundu ki, 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçilməsi xalqımızın taleyində tarixi bir gün oldu.
Tədbirdə geniş nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 18 oktyabr Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı iştirakçıları təbrik etdi və vurğuladı ki, son 20 ildə cənab Prezidentin rəhbərliyi ilə aparılan ordu quruculuğu, xarici siyasət və iqtisadi yüksəliş Qarabağ zəfərini təmin etdi. 2020-ci ildə biz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dəmir yumruqla düşmənin başını əzdik. Ötən ay isə antitteror əməliyyatı nəticəsində Qarabağdan bütün qanunsuz erməni hərbi dəstələri çıxarıldı və suverenliyimiz tam bərpa olundu. Bu gün Azərbaycan bayrağı Şuşa, Xankəndi, Xocalı, Agdərə və Xocavənddə dalğalanır.
Simvolik hal odur ki, bizim Qarabağda tam suvernliyimiz Heydər Əliyevin 100 illik yubileyi ilə bir vaxtda təsadüf etdi. Bu tarixi nailiyyət, Ulu Öndərin ruhu qarşısında ən böyük xidmətdir və bu xidmətin müəllifi də cənab Prezident İlham Əliyevdir. Bütün bunlar Azərbaycan tarixində misli görünməmiş nailiyyətlərdir və bu tarixi nailiyyətlərin memarı cənab İlham Əliyevdir!
Qeyd olundu ki,bu gün Qarabağda böyük bərpa-quruculuq işləri aparılır və “Böyük Qayıdış” həyata keçir. Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə azad edilmiş torpaqlarda mədəniyyət ocaqlarının bərpası sahəsində irimiqyaslı layihələr həyata keçirilir.
Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri uğurla yerinə yetirib.Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 il Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşüb. Əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş illəri oldu. Məhz buna görədir ki, ötən dövr ərzində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. Xalqımız hər zaman Prezident İlham Əliyevə dəstək olur və onun ətrafında sıx birləşir.
Daha sonra cənab Prezidentin fəaliyyətindən bəhs edən sənədli filmə baxış oldu.Tədbirdə çıxış edən millət vəkilləri Azər Badamov və Hikmət Babaoglu cənab Prezident İlham Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən danışdılar. Daha sonra bir qrup fəala fəxri fərmanlar və YAP üzvlük vəsiqələri təqdim edildi.Tədbir bədii hissə ilə başa çatdı.