Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Anım Günü qeyd edilib

27 sentyabr 2023 | 19:34

27 sentyabr Anım Günü  bütün ölkə ərazisində olduğu kimi  Yasamal rayonunda da geniş şəkildə qeyd edilib.Bununla əlaqədar Yasamal rayon ictimaiyyəti öncə Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş Memorial Kompleksinin önündə toplaşdı. Burada dövlət himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda şəhidlərimizin məzarları ziyarət edildi.Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rektorları,Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etdilər.  Burada şəhidlərin ruhuna dualar oxundu, məzarları önünə gül dəstələri qoyuldu. Şəhidlərimizin əziz xatirəsi yad edildi.Burada Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinin üzvlərinə baş sağlığı verərək, onlara təsəlli verdi. Şəhid ailələrinin üzvləri dövlət səviyyəsində diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Daha sonra Təzə Pir məscidində ehsan süfrəsi açıldı.Şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı şəxslər və ictimaiyyət nümayəndələrinin geniş iştirakı ilə mərasimdə Qurandan ayələr oxundu, şəhidlərin əziz xatirəsi yad edildi.

Keçidlər