Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 31 mart Soyqırımı qurbanları yad edilib

29 mart 2023 | 09:53

31 mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə anım tədbiri keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,Yasamal bələdiyyəsinin rəhbərliyi, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 31 mart  soyqırımı haqqında qısametrajlı film nümayiş etdirildi və qeyd olundu ki, ermənilər tərəfindən tarix boyu xalqımıza qarşı törədilmiş bu cinayətlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmanda tam dolğunluğu ilə öz əksinin tapmış və bununla da azərbaycanlıların soyqırımına siyasi və hüquqi qiymət verilmişdir.

Tədbirdə  geniş məruzə ilə Milli Məclisin deputatı Anar İsgəndərov çıxış etdi. Qeyd etdi ki, tarix boyu təcavüzkar siyasət yeridən “böyük ermənistan” xülyasından əl çəkməyən ermənilər xalqımızı zaman-zaman soyqırıma məruz qoymuş, havadarlarının dəstəyi ilə bizi əzəli torpaqlarımızdan çıxarmağa çalışmışlar. 1918-ci ilin mart ayının 30-dan aprel ayının 1-dək Bakı şəhərində 10 mindən çox soydaşımızın vəhşicəsinə qətlə yetirmişlər. Erməni millətçiləri keçən əsrin müxtəlif mərhələlərində – 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan tarixinin faciəli səhifələri unudulmamalı, tarixi həqiqətlər gənc nəsillərə çatdırılmalıdır. Bu, gələcəkdə yeni faciələrin baş verməməsi üçün son dərəcə vacibdir.

Tədbir İncəsənət Gimnaziyası tələbələrinin ifasında bədii kompozisiya ilə başa çatdı.

Keçidlər