Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu ictimaiyyəti “Şuşa ilini” qeyd edir

14 aprel 2022 | 12:27

2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq bu gün paytaxtın Yasamal rayonunda tədbir keçirilib.  Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev,Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, şəhid ailələri, qazilər və Yasamal rayonu ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə məruzə ilə cıxış edən millət vəkili Elnur Allahverdiyev tarixə ekskurs edərək qeyd etdi ki,  Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 illiyini böyük təntənə ilə qeyd edirik. Bildirildi ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam Azərbaycanda milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqətin göstərildiyini nümayiş etdirir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəsur əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Zəfərlə ilə başa vurdular. Bununla erməni işğalçılığına tarixi zərbə endirildi.Tədbirdə Şuşanın Azərbaycan tarixi və mədəniyyəti üçün böyük əhəmiyyətindən söz açıldı. Daha sonra Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə medallar təqdim edildi. Tədbir bədii hissə ilə başa çatdı.

Keçidlər