Yasamal rayon ictimaiyyəti şəhidi yad edib
Yasamal rayonunda Vətən müharibəsinin şəhidi Hüseyn Tağıyevin əziz xatirəsi yad edilib. Şəhidin 2-ci Fəxri xiyabandakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub.Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal RİH aparatının məsul əməkdaşları, şəhidin yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına başsaglığı verdi və Hüseyn Tağıyevin və digər bütün şəhidlərimizin daima xatırlanacağını bildirdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan dövləti şəhid ailələrinin qayğısına qalıb və bundan sonra da belə olacaq.
Hüseyn Tağıyev Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 5-də şəhidlik zirvəsinə ucalıb.Tağıyev Hüseyn Oktay oğlu Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.