Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimyyətində Dövlət Qulluqçuları Günü qeyd edilib

23 iyun 2023 | 15:35

Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətində təntənəli toplantı keçirilib.Öncə Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi.Tədbirdə dövlət himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra iclası giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısında tarixi xidmətlərindən bəhs edən filmə baxış keçirildi. 

Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi qarşısında çıxış edən İcra başçısı Elşad Həsənov bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və effektiv idarəetmə strukturunun yaradılması məqsədilə misilsiz işlər görülüb. Elşad Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” kəlamını xatırlatdı və hər bir dövlət qulluqçusunun öz gündəlik fəaliyyətində bu prinsipi rəhbər tutmalı olduğunu vurğuladı.  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hər bir dövlət qulluqçusunun yüksək etik qaydalara və nümunəvi davranışa mütləq riayət etməli olduğunu qeyd etdi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilmiş Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirinin müavini Nazilə Rəhimovanı təbrik etdi və ona uğurlar arzuladı. Öz növbəsində Nazilə Rəhimova əməyinə verilən böyük qiymətə görə  cənab Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi və bundan sonrakı fəaliyyətində bu böyük etimadı doğrultmağa çalışacağını qeyd etdi.

Daha sonra Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olundular. Təltif edilən əməkdaşlar verilən yüksək qiymətə görə öz minnətdarlığını ifadə etdilər.    

Keçidlər