Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimmiyyəti və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin birgə keçirdiyi “Abad məhəllə” layihəsi davam etdirilir

15 iyul 2023 | 12:09

Yasamal rayonunda start götürən layihə əsasında artıq 6 məhəllə abadlaşdırılıb. Belə ki, yollara piyada keçidləri, zolaqların çəkilməsi, “ Diqqət-uşaqlar var” işarələrin qoyulması,sürət həddinin aşağı salınması üçün xüsusi maneələr tərtib edilib, həyət daxilində 100-ə yaxın avtomobil üçün parklanma yerlər ayrılıb və uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün uşaq meydançaları, oyun qurğuları, söhbətgahlar, çoxlu sayda oturacaqlar, idman alətləri və bir çox avadanlıqlar Yasamal sakinlərinin istifadəsinə verilib.

Aparılan tədbirlər zamanı Bakı şəhər DYP-nin baş inspektoru Araz Əsgərli və Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları uşaqlara yol hərəkət qaydaları haqqında məlumatlar verib, onlarla maarifləndirici təlimlər keçiriblər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri təlimlərdə sakinlərlə birgə fəal iştirak edirlər. Sakinlərin rahatlığını yəmin etmək məqsədilə ərazi nümayəndələri və aidiyyatı üzrə MKİS-lər təmizliyə nəzarət edirlər. "IDEA" İctimai Birliyi tərəfindən təşkil olunmuş abad məhəllələrdə  bu cür tədbirlərin davam etdiriləcəyini istiqamətində işlər aparılır.

Keçidlər