Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili ərazidə sakinlərlə görüşüblər

04 may 2023 | 18:24

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla görüşüblər. Səyyar qəbul rayonun 13 saylı tam orta məktəbin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öncə “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar məşğulluq, rayon üzrə qeydiyyat, yaşayış bina zirzəmilərinin hüquqi statusu, sakinlər arasında fərdi tikintiyə dair mübahisələr, MKTB-nin fəaliyyəti, qurumuş agacların budanması, Alatava 1 yaşayış massivində söküntü və yenidənqurma planları və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Üç saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına bir-bir və geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlaırna birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər