Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə görüş keçirdi.

30 dekabr 2022 | 15:23

Yasamal Rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə çay süfrəsi təşkil olundu.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrini salamlayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirdi. Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edən icra başçısı ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından, qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə şəfa dilədi, onları Yeni 2023-cü il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik etdi. Adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğuladı. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini, belə vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını bildirdi. İcra başçısı dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırdı.

Tədbirdə şəhid valideynləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın vüqarla dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirərək onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər, onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdilər.

Sonda onlara bayram sovqatı verildi.

Keçidlər