Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib

27 mart 2023 | 12:24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər qəbul edilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri qurumun inzibati binasında qəbul edib.Qəbulda həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal rayonunun sakinləri tikintiyə icazə, sənədləşmənin rəsmiləşdirilməsi, kommerssiya subyektinin fəaliyyəti və bir sıra digər məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra göstərişlər verdi. İcra başçısı sakinlərin suallarına ətraflı cavablar verdi və onları narahat edən məsələlərə aydınlıq gətirdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Keçidlər