Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib

31 oktyabr 2022 | 15:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlərin qəbulları davam edir.Həftəlik qəbul cədvəlinə uyğun olaraq bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini qurumun inzibati binasında qəbul edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə ətraflı məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal rayonunun sakinləri MTK-vətəndaş münasibətləri, qanunsuz tikililər və parkinqlər, küçələrin asfaltlanması, məşğulluq və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov iki saat davam edən qəbulda vətəndaşların problemlərinin həlli ilə baglı aparat əməkdaşlarına bir sıra göstəriş və tapşırıqlar verdi. RİH başçısı mövcud problemlərin araşdırıldığını, onların həlli istiqamətində təkliflərin hazırlandığını və artıq müvafiq addımların atıldığını vurğuladı.İcra başçısı sakinləri narahat  edən məsələlərlə baglı onlara geniş məlumat verdi. Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olundu, digərlərinin həlli istiqamətində isə İcra Başçısı tərəfindən  müvafiq tapşırıqlar verildi.

Keçidlər