Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb

12 may 2023 | 18:25

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşlarla görüşüb. Səyyar qəbul rayonun 53 saylı tam orta məktəbinin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar  mənzil növbəsi, əllilik dərəcəsi, qəzalı evlərin təmiri, rayonda narkomaniya ilə mübarizə, istilik sisteminin bərpası, yolların asflatlanması, qurumuş agacların budanması, Alatava massivində söküntü və yenidəqurma planları, əlil qazilər üçün iş yerləri və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Yasamal rayon sakinləri dövlət başçısı cənab İlham Əliyevə bu cür görüşlərin keçirilməsi tapşırığına və vətəndaşlara xüsusi qayğıya görə öz minnətdarlğını ifadə etdilər. İki saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına bir-bir və geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Keçidlər