Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşdü, qəzalı binaya baş çəkdi

16 iyun 2023 | 18:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 31 saylı tam orta məktəbin akt zalında vətəndaşlarla görüşüb. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. İcra başçısı 15 iyun- Milli Qurtuluş Günü, Ulu Öndərin tariximizdə oynadığı misilsiz rol və tarixi missiyası barədə öz fikirləri ilə bölüşdü. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Söz alan vətəndaşlar  məhəlləarası yollarda asfalt örtüyünün yenilənməsi, qurumuş agacların budanması, tikintiyə icazə, yaşayış obyektlərinin statusunun dəyişdirilməsi, qəzalı binalar, kanalizasiya xəttlərinin mövcud durumu, qanunsuz tikililərlə mübarizə, mənzi təminatı, zirzəmilərin təmiri və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına geniş şəkildə cavablar verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Səyyar qəbuldan dərhal sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinlərin dəvəti ilə yaxınlığdakı ərazidə yerləşən qəzalı binaya baş çəkdi. Burada İcra başçısı bilavasitə binanın vəziyyətinə baxış keçirdi, sakinlər, məsul şəxslər və tikinti şirkətlərinin təmsilçiləri ilə söhbət etdi. Vəziyyətdən çıxış yolu ətrafında fikir mübadiləsi aparıldı. İcra başçısı problemin həllinə dair vəzifəli şəxslərə göstərişlər verdi. Səyyar görüş sakinlər tərəfindən məmnunluqla qarşılandı.

Keçidlər