Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov növbəti səyyar qəbul keçirdi
Bu gün Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi.Yasamal rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 167 saylı tam orta məktəbin akt zalına baş tutdu.Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq,həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Həlli vaxt tələb edən bir sıra digər məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürüldü.Səyyar qəbul zamanı sakinlər qəzalı evlər, tikinti şirkətləri ilə sakinlərin münasibəti, rayon ərazisində marşrut xəttləri, sosial yardım, məşğulluq və digər bu kimi məsələlər qaldırdılar. Yasamal rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbulu məmnunluqla qarşılayan Yasamal sakinləri, göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.