Yasamal Rayon İcra Hakimiyyətində sakinlərin qəbulu davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlərin qəbulları davam edir.Həftəlik qəbul cədvəlinə uyğun olaraq bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini qurumun inzibati binasında qəbul edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan üzləşdikləri problemlər bərədə ətraflı məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal rayonunun sakinləri mənzil təminatı, kommunal xidmətlərlə baglı qonşular arasında mübahisələr, sosial yardım, yaşayış binası fasadının dəyişdirilməsi, Alatava massivində yeni tikinti layihəsi və bir sıra sosial xarakterli məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində göstərişlər verdi. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.