Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıq müzakirə edilib

15 noyabr 2023 | 15:43

Yasamal Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıq məsələlərinə dair rəhbər şəxslərin, təsərrüfat xidmətlərinin və təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildrib ki, noyabrın 15-dən ölkədə istilik mövsümü başlayıb və kommunal xidmət strukturları bu mövsümə tam hazır olmalıdırlar. Qeyd edilib ki, müvafiq qurumlar qış aylarında yarana biləcək problemləri dərhal və operativ şəkildə həll etməlidir, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı və lazımi invertar ehtiyatı yaradılmalıdır.Müşavirədə çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verildi.

Daha sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov və digər natiqlər qışa hazırlıqla bağlı aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edildiyini və müvafiq tapşırıqların verildiyini bildirdilər.Qeyd edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar.

Müşavirədə bildirildi ki, ölkənin 60-dan çox rayonu arasında Yasamal rayonu operativ məsələlərin həllinə görə ilk beşliyə daxildir.Tədbirdə hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın toplanması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verildi.

Keçidlər